Yerevanın mərkəzində etirazçılar yenidən mitinqə toplaşırlar - VİDEO

Yerevanın mərkəzində etirazçılar yenidən mitinqə toplaşırlar - VİDEO Bakı. 1 may. REPORT.AZ/ Ermənistan paytaxtı Yerevanda yüzlərlə nümayişçi bu yaxınlarda başlayacaq mitinqə toplaşmaq məqsədi ilə Respublika meydanına gəliblər.
Region
1 May , 2018 10:53
Yerevanın mərkəzində etirazçılar yenidən mitinqə toplaşırlar - VİDEO

Bakı. 1 may. REPORT.AZ/ Ermənistan paytaxtı Yerevanda yüzlərlə nümayişçi bu yaxınlarda başlayacaq mitinqə toplaşmaq məqsədi ilə Respublika meydanına gəliblər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Ermənistan Milli Məclisi (parlamenti) növbədənkənar iclasda ölkənin baş naziri seçkilərini keçiriləcək. Bu posta yeganə namizəd Ermənistanın müxalifət lideri Nikol Paşinyandır.

Aksiya iştirakçıları Respublika meydanında quraşdırılmış böyük ekranların qarşısına toplaşırlar. Ekranlarda parlamentin baş nazirin seçilməsi nəzərdə tutulan sessiyasının yayımlanması planlaşdırılır.

Yerevanın mərkəzində az sayda polis gözə dəyir. Ermənistan paytaxtının mərkəzindəki vəziyyət ümumilikdə sakitdir.

Son xəbərlər

Orphus sistemi