Yerevan merinin keçmiş müavininə qarşı ittiham irəli sürülüb

Yerevan merinin keçmiş müavininə qarşı ittiham irəli sürülüb Ermənistanın paytaxtı Yerevanın merinin keçmiş müavini Vaqe Nikoyana və meriyanın tabeliyindəki şirkətin sabiq direktoru Qevork Akopyana qarşı ittiham irəli sürülüb.
Region
2 Avqust , 2020 06:55
Yerevan merinin keçmiş müavininə qarşı ittiham irəli sürülüb

Ermənistanın paytaxtı Yerevanın merinin keçmiş müavini Vaqe Nikoyana və meriyanın tabeliyindəki şirkətin sabiq direktoru Qevork Akopyana qarşı ittiham irəli sürülüb.

“Report” xəbər verir ki, bu barədə “NEWS.am”a Xüsusi İstintaq Xidmətində bildirilib.

Qeyd edilir ki, Nikoyana və Akopyana qarşı ittihamlar bir cinayət işi çərçivəsində irəli sürülüb. Lakin söhbətin hansı cinayət işindən getdiyi açıqlanmır. Müstəntiq onların həbsi haqqında vəsatət qaldırıb.

Xüsusi İstintaq Xidmətində həmçinin bildiriblər ki, yaxın vaxtlarda ittihamlar üzrə əlavə məlumat yayılacaq.

Son xəbərlər

Orphus sistemi