Ermənistanın yükdaşıma şirkətinin əməkdaşları aksiya keçirib

Ermənistanın yükdaşıma şirkətinin əməkdaşları aksiya keçirib Ermənistanın “Spayka” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları mitinq keçiriblər.
Region
5 aprel 2019 13:53
Ermənistanın yükdaşıma şirkətinin əməkdaşları aksiya keçirib

Ermənistanın “Spayka” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları mitinq keçiriblər.

“Report” xəbər verir ki, məlumatı “Newsarmenia” yayıb.

Bildirilib ki, yükdaşıma şirkətinin əməkdaşları Dövlət Gəlirləri Komitəsinin MMC-nin direktoru David Kazaryana qarşı irəli sürdüyü vergidən yayınması və gömrük rüsumunu ödəməməsi ilə bağlı ittihamlara etiraz ediblər.

Qeyd edək ki, David Kazaryan aprelin 4-də saxlanılıb.

Son xəbərlər

Orphus sistemi