Bakı. 12 may. REPORT.AZ/ Yerevanda qazdoldurma məntəqəsində partlayış baş verib. "Report" xəbər verir ki, bu haqda "1in.am" məlumat yayıb.
Xəbərə görə, "Mercedes" markalı minik avtomobili qazdoldurma məntəqəsində yanacaq dolduran zaman partlayıb.
Hadisənin baş vermə səbəbi məlum deyil.
Partlayış olan yerdə uyğun qurumların əməkdaşları fəaliyyət göstərir. İlkin məlumata əsasən, qazdoldurma məntəqəsi "Multi Qrup" şirkətinə məxsusdur.
Daha bir partlayış isə Yerevanın cənub qərb hissəsindəki qazdoldurma məntəqəsində baş verib.
Polis bildirib ki, hadisələr nəticəsində ölən və xəsarət alan yoxdur.