Yerevanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb

Yerevanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb Təhlükəsizlik xidmətinin əməkdaşları onu tutublar
Region
2 Oktyabr , 2017 17:50
Yerevanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Yerevanda silahlı kişi xəstəxananın üçüncü mərtəbəsində fasiləsiz atəş açıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Şübhəli kişi silahı çantasında gizlədərək xəstəxanaya keçirib. O, atəş açdıqdan sonra gizlənə bilməyib və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tutulub.

Polis atəş açan kişinin zərərsizləşdirdiyini bildirib. 

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla  bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi