Ermənistanın müdafiə naziri: “Yerevanda xarici dövlətin yeni hərbi bazasının açılması planlaşdırılmır”
Ermənistanın müdafiə naziri: “Yerevanda xarici dövlətin yeni hərbi bazasının açılması planlaşdırılmır”O, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının modernləşdirilməsini istədiklərini söyləyib
Bakı. 8 may. REPORT.AZ/ “Rəsmi Yerevan ölkə ərazisində xarici dövlətin yeni hərbi bazasını açmağı planlaşdırmır”.
“Report” xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyan “İnterfax”a müsahibəsində bildirib.
O, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının modernləşdirilməsini istədiklərini söyləyib: “Ermənistan ərazisində başqa dövlətin hərbi bazasının açılması məsələsi hazırda müzakirə edilmir. Rusiya tərəfdən də bizə belə təklif gəlməyib”.