Yerevanda VTB bankın bankomatı partladılıb, 37 min dollar oğurlanıb

Yerevanda VTB bankın bankomatı partladılıb, 37 min dollar oğurlanıb Naməlum şəxslər Yerevanda Rusiyanın VTB (Ümumrusiya Ticarət Bankı) bankının Ermənistan filialının bankomatlarından birini partladıb.
Region
29 İyul , 2019 17:51
Yerevanda VTB bankın bankomatı partladılıb, 37 min dollar oğurlanıb

Naməlum şəxslər Yerevanda Rusiyanın VTB (Ümumrusiya Ticarət Bankı) bankının Ermənistan filialının bankomatlarından birini partladıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bankomatı partladaraq qapını açıb 18 milyon dram (37 min dollar) aparıblar.

Hadisə ilə bağlı cinayət işi başlayıb.

Son xəbərlər

Orphus sistemi