Yerevanda Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb

Yerevanda Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb Rusiyanın XİN başçısı mayın 10-11-də Bakıya işgüzar səfərə gələcək
Region
141
6 May , 2021 10:43
Yerevanda Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb
Sergey Lavrov və Ara Ayvazyan

Yerevanda Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan XİN başçısının vəzifəsini yerinə yetirən Ara Ayvazyan arasında görüşü başlayıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçiriləcək.

A.Ayvazyanla danışıqlardan sonra S.Lavrov Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyanla görüşəcək.

Qeyd edək ki, Rusiyanın XİN başçısı mayın 10-11-də Bakıya işgüzar səfərə gələcək.

Son xəbərlər

Orphus sistemi