Yerevanda qəbirləri qarət etməkdə şübhəli bilinənlər tutulub

Yerevanda qəbirləri qarət etməkdə şübhəli bilinənlər tutulub Onlar 30-dan çox ailə türbəsini təhqir etməkdə şübhəli bilinirlər
Region
919
19 Fevral , 2021 14:39
Yerevanda qəbirləri qarət etməkdə şübhəli bilinənlər tutulub

Yerevanda “Nubaraşen” qəbiristanlığındakı qəbirləri qarət etməkdə şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən tutulub.

“Report” “Samshyan”a istinadən xəbər verir ki, şübhəlilər - 51 yaşlı Pvsep Ovanisyan və 63 yaşlı Sarqis Xaçatryan polis şöbəsinə aparılıb.

Bildirilib ki, onlar 30-dan çox ailə türbəsini təhqir etməkdə şübhəli bilinirlər. Qəbiristanlıqdan düralüminium və başqa qəbirüstü bəzək əşyaları qarət olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi