Yerevanda polislə etirazçılar arasında toqquşma olub

Yerevanda polislə etirazçılar arasında toqquşma olub Yerevanda hökumət binasının qarşısına toplaşan etirazçılarla polislər arasında toqquşma olub.
Region
24 Dekabr , 2020 13:12
Yerevanda polislə etirazçılar arasında toqquşma olub

Ermənistanın paytaxtı Yerevanda hökumət binasının qarşısına toplaşan etirazçılarla polislər arasında toqquşma olub.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hökumət evinin bütün giriş və çıxışlarında bir neçə sıradan ibarət canlı sədd qurublar Aksiya iştirakçıları bu maneəni yarıb binaya daxil olmağa çalışırlar.

Polis “Nikol satqındır!” şüarını söyləyən etirazçıları binanın qarşısından Tiqran Metsa prospektinə sıxışdırıb. Aksiya iştirakçılarının bir qrupu baş nazir Nikol Paşinyanın avtomobil karvanının qarşısını kəsməyə cəhd göstərib.

Polis etirazçıların bir neçəsini saxlayıb.

Son xəbərlər

Orphus sistemi