Yerevanda polis polkovniki banka silahlı hücum edib, 2 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB - 3 - VİDEO

Yerevanda polis polkovniki banka silahlı hücum edib, 2 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB - 3 - VİDEO Bakı. 3 may. REPORT.AZ/ HSBC bankının Yerevandakı filialında baş verən atışma nəticəsində ölənlərin sayı 2-yə çatıb.
Region
198
3 May , 2018 17:42

Bakı. 3 may. REPORT.AZ/ HSBC bankının Yerevandakı filialında baş verən atışma nəticəsində ölənlərin sayı 2-yə çatıb. 

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis bildirib. 

Məlumata görə, hücum zamanı yaralanan polis giziri Ara Şahgülən xəstəxanada ölüb.


*** 16:32

HSBC bankın Yerevandakı filialına silahlı hücum edən şəxsin kimliyi məlum olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan polisinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

Onun sözlərinə görə, banka Yol Hərəkəti Qaydalarının Pozulmasının Qeydiyyatı Mərkəzinin rəisi, polkovnik Daniel Danielyan hücum edib.


*** 15:58

HSBC bankının Yerevandakı filialında baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. 

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan polisinin KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.


***15:08

HSBC bankının Ermənistanın paytaxtı Yerevan şəhərindəki filialında atışma baş verib. 

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

“Atışma səsi eşidiləndə biz qonşu bankda idik. Səsə görə deyə bilərəm ki, atışma binanın içində baş verib”, - şahidlər bildiriblər.

Atışmanın həmçinin bankın qarəti zamanı baş verdiyi də qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi