Yerevanda polis patrul xidmətinin əməkdaşlarının avtomobili atəşə tutulub.
“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, avtomobilə “Makarov” tipli tapançadan atəş açılıb.
Bildirilib ki, atəş açılan zaman avtomobilin içində polis əməkdaşı olmayıb.
Axtarış-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 26 yaşlı sakin təslim olub və atəş açdığı silahı təhvil verib.
Hadisə ilə bağlı araşdırma aparılır.