Yerevanda Paşinyan əleyhinə yürüş keçiriləcək

Yerevanda Paşinyan əleyhinə yürüş keçiriləcək Ermənistanın “Vətənin qurtuluşu üzrə hərəkatı” bu gün yerli vaxtla saat 17:00-dan Vaaqn Davtyan adına parkdan Yerevanın Arabkir inzibati ərazisinə yürüşə başladığını bildirib.
Region
14 Dekabr , 2020 06:56
Yerevanda Paşinyan əleyhinə yürüş keçiriləcək
0 : 00
0 : 00

Ermənistanın “Vətənin qurtuluşu üzrə hərəkatı” bu gün yerli vaxtla saat 17:00-dan Vaaqn Davtyan adına parkdan başlayaraq Yerevanın Arabkir inzibati ərazisinə yürüş keçirəcəyini bildirib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkatın xəbərində deyilir.

"Susma! Dur! Öz xalqına qoşul. Məhz sən öz ölkənin, ailənin, ləyaqətli gələcəyin sahibisən! Biz brlikdə vətənimizi xilas edəcəyik", - hərəkatın xəbərində qeyd edilir.

Xatırladaq ki, artıq bir aydan çoxdur, Ermənistan müxalifəti ölkədə kütləvi aksiyalar keçirərək Nikol Paşinyanın istefasını tələb edir. Etiraz aksiyalarına səbəb Paşinyanın 10 noyabr bəyanatına imza atmasıdır. Ermənistanın aparıcı müxalifət partiyaları onu satqınlıqda və təslimçilikdə ittiham edir.

Son xəbərlər

Orphus sistemi