Yerevanda partlayıcı maddə daşıyan avtomobil qəzaya uğrayıb

Yerevanda partlayıcı maddə daşıyan avtomobil qəzaya uğrayıb Hadisə Yerevan-Yerasx avtomobil yolunda baş verib
Region
1 Noyabr , 2017 14:02
Yerevanda partlayıcı maddə daşıyan avtomobil qəzaya uğrayıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Yerevanda partlayıcı maddə daşıyan “QAZel” markalı mirkoavtobus qəzaya uğrayıb.

“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Hadisə Yerevan-Yerasx avtomobil yolunda, Ovtaşat kəndi yaxınlığında baş verib. Həmin ərazidə “Mersedes”, “Opel Astra” və “QAZel” mikroavtobusu toqquşub. Amma "QAZel"dəki partlayıcı maddələr alışmayıb.

Xilasedicilər partlayıcı maddənin təhlükəsiz daşınmasını təmin ediblər.

Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb. 

Son xəbərlər

Orphus sistemi