Yerevanda mənzil tələbi ilə etiraz aksiyası keçirilib

Yerevanda mənzil tələbi ilə etiraz aksiyası keçirilib Yerevanda qəza vəziyyətində olan binanın sakinləri şəhər icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Region
27 İyul , 2020 13:38
Yerevanda mənzil tələbi ilə etiraz aksiyası keçirilib

Yerevanda qəza vəziyyətində olan binanın sakinləri şəhər icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, aksiya iştirakçılarına barəsində cinayət işi başlanılan, müxalifət sayılan, sədri milyonçu deputat Qaqik Sarukyan olan Çiçəklənən Ermənistan Partiyasından Yerevan Şəhər Bələdiyyəsi Şurasının üzvü Mikael Manrikyan da iştirak edib.

Onun sözlərinə görə, etiraz aksiyası keçirənlərin yaşadığı binalar 4-cü kateqoriyalı qəza vəziyyətindədir.

Aksiya iştirakçıları yararsız binanın sakinlərinə yeni mənzillər tələb ediblər.

Son xəbərlər

Orphus sistemi