Yerevanda vəzifəli şəxsin külli miqdarda pulu oğurlanıb

Yerevanda vəzifəli şəxsin külli miqdarda pulu oğurlanıb Yerevanda külli miqdarda pul oğurlanıb.
Region
13 Oktyabr , 2019 02:44
Yerevanda vəzifəli şəxsin külli miqdarda pulu oğurlanıb

Yerevanda külli miqdarda pul oğurlanıb.

"Report" "Shamshyan.com"a istinadən xəbər verir ki, hadisə Erebuni rayonunda qeydə alınıb.

Naməlum şəxslər Armavir vilayətinin Norapat kənd sakini, "Avtomotors" MMC-nin direktoru Karen Martirosyanın "Nissan March" avtomobilinin salonundan portfel oğurlayıb. K.Martirosyan asayiş keşikçilərinə bildirib ki, portfeldə 13 milyon dram olub. 

Qeyd edək ki, bu, son vaxtlar Ermənistanda baş verən növbəti qalmaqallı oğurluq hadisəsidir. Daha əvvəl Yerevanda Armavir vilayətinin keçmiş qubernatorunun oğlunun avtomobili qarət edilib.

Son xəbərlər

Orphus sistemi