Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb

Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb Bakı. 22 aprel. REPORT.AZ/ Yerevanın hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keçirilən aksiyalarda 228 etirazçını saxlayıb.
Region
22 Aprel , 2018 16:56
Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Yerevanın hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keçirilən aksiyalarda 228 etirazçını saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildirilib.  

"Hazırda polis bölmələrində 228 vətəndaş var", - deyə polis nümayəndəsi agentliyə bildirib. 

Qeyd edək ki, bu gün Yerevanda növbəti etiraz aksiyası keçirilib. Aksiyaçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə narazılıq edirlər. İndiyə qədər keçirilən aksiyalarda yüzlərlə etirazçı saxlanılıb. Saxlanılanlar arasında müxalifətçi deputat Nikol Paşinyan da var.

Son xəbərlər

Orphus sistemi