Yerevanda keçiriləcək növbəti etiraz aksiyasının tarxi açıqlanıb

Yerevanda keçiriləcək növbəti etiraz aksiyasının tarxi açıqlanıb Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda yeni etiraz yürüşü fevralın 5-də keçiriləcək.
Region
20 Yanvar , 2018 11:03
Yerevanda keçiriləcək növbəti etiraz aksiyasının tarxi açıqlanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda yeni etiraz yürüşü fevralın 5-də keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki “Çıxış” fraksiyasının sədri Nikol Paşinyan bildirib.

Qeyd edək ki, yanvarın 19-da Yerevanda “Bahalığa və vergilərin artırılmasına yox!” şüarı altında etiraz aksiyası keçirilib. Etiraz aksiyasını “Çıxış” müxalifət bloku təşkil edib.

Ermənistanda bir sıra vergilərin 26 faizdən 28 faizədək artırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi