Yerevanda intihara cəhd edənlər Paşinyanın köməkçisi ilə görüş istəyiblər

Yerevanda intihara cəhd edənlər Paşinyanın köməkçisi ilə görüş istəyiblər Ermənistanın paytaxtı Yerevanda 30-35 yaşlarında iki kişi “Qələbə körpüsünə çıxaraq intihar edəcəklərini bildiriblər.
Region
168
8 May , 2020 02:11
Yerevanda intihara cəhd edənlər Paşinyanın köməkçisi ilə görüş istəyiblər

Ermənistanın paytaxtı Yerevanda 30-35 yaşlarında iki kişi “Qələbə" körpüsünə çıxaraq intihar edəcəklərini bildiriblər.

“Report” xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib.

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Onlarla birlikdə əraziyə Ermənistan hökumətinin Məktublar və Bəyanatlar üzrə idarə rəisi A.Kazaryan da gəlib. A.Kazaryan xilasedicilərlə birlikdə intihar etmək istəyənləri fikirlərindən daşındırmağa çalışıb.

İntihar etmək istəyənlər baş nazir Nikol Paşinyanın köməkçisi Nairi Sarkisyanla görüş tələb ediblər. Həmin şəxslər istəyiblər ki, N.Sarkisyan körpüyə gəlsin, onları dinləsin və maliyyə yardımı etsin.

Hadisə yerinə həmçinin polis əməkdaşları, təcili yardımın növbətçi həkimləri, Ermənistanın Fövqəladə Hallar Nazirliyinin Psixoloji Xidmətinin əməkdaşları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi