Bakı. 14 sentyabr. REPORT.AZ/ Yerevanda iki kriminal qruplaşma arasında silahlı qarşıdurma nəticəsində bir nəfər ölüb, biri yaralanıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə gündüz saatlarında şəhərin mərkəzində, “Tufenkyan” mehmanxanasının çıxışında, “Vernisaj” ticarət mərkəzinin yaxınlığında olub.
Onlar avtomat silahdan və tapançadan yoldan keçənlərə də atəş açıblar. Atışmada iştirak edənlər hadisə yerindən avtomobillə uzaqlaşblar. Onların tutulması istiqamətində axtarış-əməliyyat tədbiri keçirilir.
Öldürülən Q.M. 1974-cü ildə Ermənistanın Lori vilayətinin Alaverdi rayonunda anadan olub.
Ermənistan polis rəisinin müavini Unan Poqosyan və qurumun başqa rəhbər vəzifəliləri hadisə yerinə baş çəkiblər.
Hadisənin səbəbi araşdırılır.


