Yerevanda etirazçılar ilə polis arasında toqquşma olub

Yerevanda etirazçılar ilə polis arasında toqquşma olub Ermənistanın paytaxtı Yerevanın “Respublika” meydanında hakimiyyətin dəyişməsi tələbilə aksiya keçirilir.
Region
28 Yanvar , 2021 17:58
Yerevanda etirazçılar ilə polis arasında toqquşma olub

Ermənistanın paytaxtı Yerevanda hökumət binası qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılarla polis arasında toqquşma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Nazirlər Kabinetinin binasına daxil olmaq istəyib.

Bu zaman etirazçılarla polis arasında qarşıdırma baş verib.

“Biz binaya daxil olub Paşinyanın istefa verməsini tələb etmək istəyirik”, - aksiya iştirakçısı bildirib.

16:26

Ermənistanın paytaxtı Yerevanın “Respublika” meydanında hakimiyyətin dəyişməsi tələbilə aksiya keçirilir.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, etiraz aksiyasında müxtəlif siyasi partiyaların nümayəndələri, ictimai xadimlər və fəal vətəndaşlar iştirak edir.

Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın və hökumətin istefasını istəyir, bununla bağlı şüarlar söyləyirlər.

Son xəbərlər

Orphus sistemi