Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib Bakı. 25 fevral. REPORT.AZ/ Ermənistan Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirilib.
Region
25 Fevral , 2019 13:56
Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Ermənistan Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hökumət binasının qarşısına toplanan şəxslər ötən ilin sonunda məmurlarına verilən pul mükafatlarının dövlət büdcəsinə qaytarılmasını tələb ediblər.

Təşkilatçılar bu məqsədlə imza toplama kampaniyasına başlayıblar. Aksiya iştirtakçıları bildirib ki, həmin məmurların hər birinə 2018-ci il dekabrın sonunda 8-9 milyon dram ( 16 min 400 dollar - 18 min 450 min) məbləğində pul mükafatı verilib və həmin pullar dövlət büdcəsinə qaytarılmalıdır.  

Son xəbərlər

Orphus sistemi