Yerevanda hərbi komissarlığın döşəməsi çöküb, xeyli xəsarət alan var - YENİLƏNİB

Yerevanda hərbi komissarlığın döşəməsi çöküb, xeyli xəsarət alan var - YENİLƏNİB Yerevanda hərbi komissarlığın binasında döşəmənin çökməsi nəticəsində 11 nəfər xəsarət alıb.
Region
19 Dekabr , 2019 18:36
Yerevanda hərbi komissarlığın döşəməsi çöküb, xeyli xəsarət alan var - YENİLƏNİB

Yerevanda hərbi komissarlığın binasında döşəmənin çökməsi nəticəsində 11 nəfər xəsarət alıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, ikimərtəbəli binanın birinci mərtəbəsindəki otaqların birində döşəmə çöküb.


*** 17:15

Yerevanda hərbi komissarlığın binasının uçması nəticəsində xəsarət alanlar var.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedici dəstə cəlb edilib.

Məlumata görə, binanın birinci mərtəbəsinin döşəməsi tamamilə uçub. 

Son xəbərlər

Orphus sistemi