Yerevanda həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb - YENİLƏNİB-2

Yerevanda həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb - YENİLƏNİB-2 Bakı. 20 aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevan şəhərində həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb.
Region
104
20 Aprel , 2018 14:48
Yerevanda həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb - YENİLƏNİB-2
Sputnik

Bakı. 20 aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevan şəhərində həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan Poisi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Aşot Aqaronyan bildirib.


*** 12:49

Bu gün Yerevanda saxlanılan aksiya iştirakçılarının sayı 83-ə çatıb. 

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan Poisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Aşot Aqaronyan bildirib.


*** 10:13

Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt Yerevanda etiraz aksiyasında iştirak edən daha 16 müxalifətçini saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Aşot Aqaronyan bildirib.

Aprelin 20-də səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və Yerevanda hərəkəti iflic etməyə çağırıb. Polis yolları bağlayan maşınları götürməyə cəhd göstərir.

Bildirilib ki, aprelin 19-da mitinqdə 3 min nəfər işrtirak edib. Ötən bir gündə 123 müxalifətçi tutulub.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb. Deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.  

Son xəbərlər

Orphus sistemi