Yerevanda gənc qız anasının gözü qarşısında özünü pəncərədən atıb

Yerevanda gənc qız anasının gözü qarşısında özünü pəncərədən atıb O, özünü üçüncü mərtəbədəki evin qonaq otağının pəncərəsindən atıb
Region
8 noyabr 2017 08:08
Yerevanda gənc qız anasının gözü qarşısında özünü pəncərədən atıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Yerevanda gənc qız intihara cəhd edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gün təcili tibbi yardım briqadası yerli tibb mərkəzinə kəllə-beyin travması, sağ bud sümüyünün və qamış sümüyünün qırılması diaqnozu ilə Yeravan sakinini gətirib.

Zərərçəkən Kanaker-Zeytun bölgəsində Yana Raynis küçəsində yerləşən binalardan birinin qarşısından xəstəxanaya çatdırılıb. 31 yaşlı Marine Ş. saat 04:30 radələrində intihar etmək istəyib və özünü üçüncü mərtəbədəki evin qonaq otağının pəncərəsindən aşağı atıb.

İntihar cəhdi qadının anasının - 64 yaşlı L.Ş.-nin gözləri qarşısında baş verib.

Son xəbərlər

Orphus sistemi