Yerevanda etirazçılar polis kordonunu aşaraq Konstitusiya Məhkəməsi binasına çatıblar

Yerevanda etirazçılar polis kordonunu aşaraq Konstitusiya Məhkəməsi binasına çatıblar Ermənistan polisi gözyaşardıcı qazdan istifadə edib
Region
16 Aprel , 2018 16:34
Yerevanda etirazçılar polis kordonunu aşaraq Konstitusiya Məhkəməsi binasına çatıblar

Bakı. 16 aprel. REPORT.AZ/ Ermənistan paytaxtı Yerevanda Serj Sarqsyanın baş nazir təyin olunmasına qarşı çıxan etirazçılarla polis arasında növbəti toqquşma baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, etirazçılar polis kordonunu aşaraq Konstitusiya Məhkəməsi binasına çatıblar.

Onların qarşısı tikanlı məftillərlə kəsilib.

Ermənistan polisi gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir təyin olunmasına qarşı çıxan minlərlə etirazçı Yerevanda bir sıra mərkəzi küçələri bağlayıb. "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri, "Mənim addımım" təşəbbüsünün lideri Nikol Paşinyan bildirib ki, onların əsas məqsədi parlamentin sabahkı iclasını pozmaqdır və Ermənistan Milli Məclisinin iclası parlamentdən kənarda olarsa, onlar Yerevana nəzarəti ələ keçirmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi