Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"

Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır" Aksiya iştirakçılarından biri deyib: "Baş nazir kreslosunda oturan adam xalqa qarşı diversiya ilə məşğuldur"
Region
9 İyul , 2020 17:28
Yerevanda etiraz aksiyası: Baş nazir xalqa qarşıdır

Yerevanda ictimai-iaşə sahəsində işləyən bir qrup insan hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

“Məni bu dövlətdən heç nə gözləmirəm. Baş nazir kreslosunda oturan adam xalqa qarşı diversiya ilə məşğuldur. Bu, adi etiraz aksiyasıdır. Ancaq onlar bizi tuturlar. Qoy tutusunlar, sonra nə olacaq? Axı xalq nə vaxtsa yenə ayağa qalxacaq”, - aksiya iştirakçısı Anait Simonyan bildirib.

O, fəaliyyətləri zamanı karantin şərtlərinə əməl edəcəklərindən danışaraq deyib: “Biz yaşamaq istəyirik. Məgər bizim uşaqlarımız onun Arpi və Şuşanından pisdir?”

Qeyd edək ki, Nikol Paşinyanın Aşot adlı bir oğlu, Mariam, Arpi və Şuşan adlı 3 qızı var.

Son xəbərlər

Orphus sistemi