Bakı. 27 yanvar. REPORT.AZ/ Ermənistanda İranla əməkdaşlığın qarşılıqlı faydası və iki ölkə arasında Azad Ticarət Zonasının yaradılmasının perspektivi mövzusunda Yerevanda iki ölkə iş adamlarının iştirakı ilə biznes forumu keçirilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, tədbirə İran tərəfindən “Araz” Azad Ticarət Zonasının direktorlar şurasının sədri Möhsün Xadem Ərəbbaqi Ermənistan və İran parlamentinin deputatları qatılıblar.
Forumda Ermənistanın maraqlarını ölkənin sənaye-ticarət palatasının sədri Martin Sarkisyan və başqa şirkətlər təmsil edib.