Yerevanda bilyard klubunda kişi qızı girov götürüb

Yerevanda bilyard klubunda kişi qızı girov götürüb Polis snayperi cinayətkarı zərərsizləşdirib
Region
29 Avqust , 2017 17:49
Yerevanda bilyard klubunda kişi qızı girov götürüb

Bakı. 29 avqust. REPORT.AZ/ Ermənistan paytaxtı Yerevanın Erebuni rayonunda bilyard klublarından birində kişi qızı girov götürüb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə "Weekend" bilyard klubunda baş verib.

Polis snayperi cinayətkarı zərərsizləşdirib, sonradan o, xəstəxanada keçinib.

Bəzi məlumatlara görə, girov götürülmüş qız xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polis əməkdaşları çalışırlar.

Son xəbərlər

Orphus sistemi