Yerevanda atışma olub, ölən və yaralananlar var

Yerevanda atışma olub, ölən və yaralananlar var Ermənistanın paytaxtı Yerevanda atışma olub.
Region
26 Avqust , 2019 00:53
Yerevanda atışma olub, ölən və yaralananlar var

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar "Erebuni" tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb.

Hadisə yerinə gələn polis əməkdaşları ərazidə avtomat "Makarov" tapançasına aid gilizlər aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin və yaralıların şəxsiyyətini araşdırır.

Dünən həm də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı evində qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi