Bakı. 4 fevral. REPORT.AZ/ Yerevanda küçə ticarəti ilə məşğul olan şəxslər fevralın 4-də Ermənistan hökumətinin binası qarşısında etraz aksiyası keçiriblər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsini tələb ediblər.
Yerevan meri bu il yanvarın 1-dən küçə ticarətini qanunsuz sayaraq sərt tədbirlər həyata keçirməyə başlayıb.
“Gündə 500 min - 1 milyon dramlıq (1000-2000 dollar - red.) alış-veriş edirik. Zorla özümüzü dolandırırıq. Bizim böyük bazarlara iri həcmdə malla çıxmağa imkanımız yoxdur”, - aksiya iştirakçılarından biri vurğulayıb.
Merin qərarını polis əməkdaşları və meriyanın nümayəndələri birlikdə yerinə yetirirlər. Onlar adamların çox sıx olduğu meydan, küçə və Yerevanın ətrafında küçə ticarətinin qarşısını alırlar.