Yerevanda 4,7 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Yerevanda 4,7 bal gücündə zəlzələ olub - YENİLƏNİB Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zəlzələ ocağı Yerevandan 12 km uzaqda olub
Region
13 Fevral , 2021 16:32
Yerevanda 4,7 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Yerevandakı zəlzələ nəticəsində “Petak” topdan satış ticarət mərkəzinin pavilyonuna zərər dəyib, çıl-çıraqları sınıb, binanın divarlarında çat əmələ gəlib.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində yaşayış binalarınının divarlarında çat yaranıb, evlərin pəncərlərinin şüşüələri sınıb.

15:57

Yerevanda fevralın 13-də 4,7 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:28-də baş verib. Zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri vahimələnərək küçəyə çıxıb.

Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zəlzələ ocağı Yerevandan 12 km uzaqda olub.

Son xəbərlər

Orphus sistemi