Ermənistanın paytaxtı Yerevan şəhərində yeni temperatur rekordu qeydə alınıb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Ermənistan Hidrometeorologiya Xidmətindən bildiriblər ki, bu gün gündüz saatlarında havanın temperaturu 38-40 dərəcə isti olub.
Buna qədər ölkədə ən yüksək temperatur 1989-cu ildə qeydə alınıb və 39,7 dərəcə təşkil edib.