Yerevanda aksiya təşkilatçısına hücum olub, onu zibil qutusuna atmaq istəyiblər

Yerevanda aksiya təşkilatçısına hücum olub, onu zibil qutusuna atmaq istəyiblər Bakı. 4 mart. REPORT.AZ/ Yerevan Dövlət Universiteti rəhbərliyini dəstəkləyən aksiyanın təşkilatçısı, ictimai xadim Narek Malyan martın 4-də gecə saatlarında hücuma məruz qalıb.
Region
4 Mart , 2019 11:41
Yerevanda aksiya təşkilatçısına hücum olub, onu zibil qutusuna atmaq istəyiblər

Bakı. 4 mart. REPORT.AZ/ Yerevan Dövlət Universiteti rəhbərliyini dəstəkləyən aksiyanın təşkilatçısı, ictimai xadim Narek Malyan martın 4-də gecə saatlarında hücuma məruz qalıb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində birbaşa efirdə bildirib.

N.Malyan deyib ki, ona, təxminən, 10 nəfər hücum edib: “Onlar mənim üz-gözümü cırmaq istəyirdilər. Bu dəstəyə “Restart” təşəbbüs qrupunun başçısı David Petrosyan başçılıq edirdi. Onlara polis əməkdaşları mane oldu”.

Onun sözlərinə görə, polis məsələyə “dava-dalaş” epizodu üzrə baxır, ancaq faktiki xuliqanlıq baş verib.

Təşəbbüs qrupunun başçısı isə bildirib ki, onlar N.Malyanı yaşadığı binanın girişindən götürüblər və zibil qutusuna atmaq istəyiblər. Onun sözlərinə görə, N.Malyan özünü ora-bura vuraraq, yaralayıb: “Bizim ona barmağımız da dəyməyib”.

Qeyd edək ki, “Restart” qrupu Yerevan Dövlət Universitetonin rektoru və rəhbərliyinin istefası tələb edir. 

Son xəbərlər

Orphus sistemi