Yerevan metropoliteni işini bərpa edib

Yerevan metropoliteni işini bərpa edib Karen Dəmirçiyan adına Yerevan metropoliteni vətəndaş itaətsizliyi səbəbindən bağlanıb.
Region
8 Dekabr , 2020 18:06
Yerevan metropoliteni işini bərpa edib

Ermənistanın paytaxtı Yerevanda metropoliten fəaliyyətini bərpa edib.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə metropolitenin feysbuk səhifəsində bildirilib.

16:14

Karen Dəmirçiyan adına Yerevan metropoliteni vətəndaş itaətsizliyi səbəbindən bağlanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə metropolitenin mətbuat katibi Tatev Xaçatryan bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçıları qatarların vaqonlarının qapılarının bağlanmasına əngəl törədərək metronun hərəkətinə mane olurlar: “Bu manelər aradan qalxdıqdan sonra qatarların hərəkəti bərpa olunacaq”.

Qeyd edək ki, dekabrın 8-dən Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları keçirilir.

Son xəbərlər

Orphus sistemi