Yerevan meri istefa ərizəsi yazıb

Yerevan meri istefa ərizəsi yazıb Bakı. 27 iyun. REPORT.AZ/ Yerevan Administrasiyasının rəhbəri Taron Marqaryan istefa ərizəsi yazıb.
Region
27 iyun 2018 06:53
Yerevan meri istefa ərizəsi yazıb
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Yerevan Administrasiyasının rəhbəri Taron Marqaryan istefa ərizəsi yazıb.

"Report" xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti meriyadakı mənbəyə istinadən yazıb.

"Yerevanın meri ilə bağlı məsələ artıq həll olunub, Marqaryan istefa ərizəsini yazıb və bir neçə gündür işə çıxmır. Şəhər Administrasiyasında qeyri-müəyyən vəziyyət yaranıb: məmurlar nə edəcəklərini bilmirlər", - mənbə deyib.

Nəşr həmçinin bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Marqaryanı paytaxt meri postunda saxlamağı planlaşdırmır.

Xatırladaq ki, bu ilin mayında nümayişçilər Yerevan meriyasına girərək Marqaryanın istefasını tələb etmişdilər.

Son xəbərlər

Orphus sistemi