Yerevan məhkəməsinin sədri və katibi saxtakarlıqda ittiham olunur

Yerevan məhkəməsinin sədri və katibi saxtakarlıqda ittiham olunur Yerevan Məhkəməsinin sədri David Qriqoryan vəzifə saxtakarlığında ittiham edilir.
Region
18 May , 2020 14:55
Yerevan məhkəməsinin sədri və katibi saxtakarlıqda ittiham olunur

Yerevan Məhkəməsinin sədri David Qriqoryan vəzifə saxtakarlığında ittiham edilir.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanının İstintaq Komitəsi məlumat yayıb. 

Həmin məhkəmənin katibi Qor Vardanyana qarşı ittiham irəli sürülüb.

Adı açıqlanmayan vətəndaş 2018-ci ilin sentyabrın 7-də məhkəməyə şikayət edib. Müstəntiq, prokuror, məhkəmənin sədri D.Qriqoryan və katibi Q.Vardanyan həmin ilin sentyabrın 14-də saxta iclas protokolu tərtib ediblər. Həmin sənəddə göstərilib ki, guya şikayətçi məhkəmə iclasına gəlmədiyindən onu təxirə salıblar. Bunun ardınca saxta bildiriş və başqa materiallar hazırlayıblar.

İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı cinayət işi üzrə istintaq yekunlaşıb və məhkəməyə verilməsi üçün iş prokurorluğa təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi