Yerevan-Gümrü yolunda qəza: 4 yeniyetmə ölüb, biri yaralanıb

Yerevan-Gümrü yolunda qəza: 4 yeniyetmə ölüb, biri yaralanıb Faktla bağlı araşdırma aparılır
Region
15 Mart , 2021 15:19
Yerevan-Gümrü yolunda qəza: 4 yeniyetmə ölüb, biri yaralanıb

Ermənistanda Yerevan-Gümrü avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 yeniyetmə ölüb, bir nəfər yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı martın 15-də Ermənistan Polisnin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Yerevan-Gümrü yolunun 67-ci kilometrliyində “Opel” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq qaya daşlarına çarpılaraq aşıb. Yol qəzası nəticəsində 15 yaşlı sərnişinlər - Marat Xaçatryan və Yuri Abrahamyan hadisə yerində, 15 yaşlı sürücü və başqa sərnişinlər - 15 yaşlı Edgar Qriqoryan, Sarkis Aleksanyan xəsarətlə xəstəxanaya yerləşdirilsələr də, orada ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi