Yerevan Dövlət Universitetinin keçmiş rektoru həbs ediləcək

Yerevan Dövlət Universitetinin keçmiş rektoru həbs ediləcək Ermənistan İstintaq Komitəsi Yerevan Dövlət Universitetinin keçmiş rektoru Aram Simonyana qarşı cinayət işi başlayıb.
Region
17 Sentyabr , 2020 12:22
Yerevan Dövlət Universitetinin keçmiş rektoru həbs ediləcək
Aram Simonyan

Ermənistan İstintaq Komitəsi Yerevan Dövlət Universitetinin keçmiş rektoru Aram Simonyana qarşı cinayət işi başlayıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərinin icrası zamanı qəsddən, aşkar şəkildə sui-istifadə halarına yol verməkdə ittiham olunur.

Bildirilib ki, Simonyan 2015-ci ildə rektor olan zaman universitetin maliyyə xərcləri üçün səlahiyyəti olduğundan 50 mln. dram məbləğində (100 min ABŞ dollarından çox) razılaşmanı imzalayıb. O, bu məbləğin 70 min ABŞ dollarını özəl mühafizə xidmətinin hesabına köçürərək dövlət əmlakını mənimsəyib. Ona qarşı dövlət əmlakını mənimsəmək və ya israf etmək maddələri üzrə cinayət işi başlanılıb. O, yaşadığı ərazini tərk etməyəcəyinə dair iltizam verib.

Qeyd edək ki, A.Simonyan 2006-2019-cu illərdə Yerevan Dövlət Universitetinin rektoru olub.O, 2019-cu ildə çoxsaylı etiraz aksiyaları nəticəsində istefa verib.

Son xəbərlər

Orphus sistemi