Yerevan bankları dollar və avronun satışını dayandırıblar

Yerevan bankları dollar və avronun satışını dayandırıblar Dolların kursu 540-560 dram həddində dəyişir
Region
17 Dekabr , 2014 17:10
Yerevan bankları dollar və avronun satışını dayandırıblar

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 17-də gündüz saatlarında Yerevan bankları dollar və avronun satışını dayandırıblar, valyutadəyişmə məntəqələrində isə satış məhdud olub. Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Ermənistan KİV-i xəbər verir ki, bank binaları qarşısında böyük növbələr yaranıb. 

"Bizdə dolların kursu 540-560 dram həddində dəyişir. Hazırda nə bir dollar, nə bir avro var. Səhər cəmi 1000 dollar və 500 avro var idi", - banklardan birinin əməkdaşı bildirib. 

Yerevanın valyutadəyişmə məntəqələrində dolların satış məzənnəsi 590 dram, alışı 560 dram təşkil edir. Mübadilə edilən valyutanın məbləği 1500 dollardan artıq ola bilməz. 

Son xəbərlər

Orphus sistemi