Rusiyada yeniyetməni dişləyən aslanın erməni əsilli sahibi günahını etiraf edib

Rusiyada yeniyetməni dişləyən aslanın erməni əsilli sahibi günahını etiraf edib Yerli hakimiyyət vəhşi heyvanın evin həyətindən bayıra çıxmasının qadağan olunmasını tələb edib
Region
12 May , 2017 13:16
Rusiyada yeniyetməni dişləyən aslanın erməni əsilli sahibi günahını etiraf edib

Bakı. 12 may. REPORT.AZ/ Rusiyanın Saratov vilayətində yerləşən Engels şəhərində 15 yaşlı yeniyetməyə hücum edən Maya adlı dişi aslanın erməni əsilli sahini Yeqiş Yeroyan məhkəmədə yerli hakimiyyətin tələblərini qəbul edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, aprelin 24-də dişi aslanın məktəbliyə hücum etməsindən sonra yerli hakimiyyət orqanları vəhşi heyvanın sahibi erməni Yeqiş Yeroyana qarşı iddia qaldıraraq heyvanın evin həyətindən bayıra çıxmasının qadağan olunmasını tələb edib.

Engels rayon məhkəməsinin bu gün keçirilən iclasında cavabdeh şəxsin nümayəndəsi iddianı qəbul etdiklərini açıqlayıb. Vəkil Larisa Petri müştərisinin vəhşi heyvanı ictimai yerlərdə gəzdirməyəcəyini və ictimai asayişi pozmayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi