Yeni ildə Türkiyədə terror aktı törətməyi planlaşdıran 12 nəfər tutulub

Yeni ildə Türkiyədə terror aktı törətməyi planlaşdıran 12 nəfər tutulub Onların ikisi Suriya vətəndaşıdır
Region
26 Dekabr , 2017 12:51
Yeni ildə Türkiyədə terror aktı törətməyi planlaşdıran 12 nəfər tutulub
AFP 2017 / Ilyas Akengin

Bakı. 26 dekabr. REPORT.AZ/ Yeni il bayramında Türkiyədə terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən 12 İŞİD-çi saxlanılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçuların tutulması üçün ölkənin Adana şəhərində əməliyyat keçirilib.

Məlumata görə, onların ikisi Suriya vətəndaşıdır.

Qeyd edək ki, bu ilin noyabrında Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi terrorçu İŞİD qruplaşmasının üzvü olan 283 şübhəlini saxlayıb. 

Son xəbərlər

Orphus sistemi