Bakı. 5 mart. REPORT.AZ/ Yəməndə qaçırılan İran diplomatı Nurəhməd Nikbaxt azad edilib.
"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.
O, tezliklə ölkəsinə dönəcək.
Qeyd edək ki, İranın Yəməndəki səfirliyinin əməkdaşı N.Nikbaxt 2013-cü il iyulun 21-də ölkə paytaxtı Sənada yaşadığı evə gedərkən yoldan qaçırılıb.
Həmin vaxt heç bir təşkilat bunun məsuliyyətini üzərinə götürməmişdi.