Yəməndə Ədən valisi hücuma məruz qalıb

Yəməndə Ədən valisi hücuma məruz qalıb Naməlum şəxslər məmurun içərisində əyalətin təhlükəsizlik rəisi də olan kortejini atəşə tutub
Region
16 Fevral , 2016 16:05
Yəməndə Ədən valisi hücuma məruz qalıb

Bakı. 16 fevral. REPORT.AZ/ Yəmənin cənubunda Ədən şəhərinin valisinə hücum edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" televiziya kanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər məmurun içərisində əyalətin təhlükəsizlik rəisi də olan kortejini atəşə tutub.

Liman şəhərinin əl-Mansura kvartalında baş verən hücum nəticəsində vali İdrus əz-Zubeydi və onu müşahidə edənlər xəsarət almayıb. Sonradan yaranmış silahlı qarşıdurmada hücum edənlərin bir neçəsi öldürülüb.

Son xəbərlər

Orphus sistemi