Yaponiya və Rusiya sülh danışığına dair müzakirələrə başlamağı razılaşdırıb

Yaponiya və Rusiya sülh danışığına dair müzakirələrə başlamağı razılaşdırıb Yaponiyanın xarici işlər naziri Hayaşi Yosimasa ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Region
26 Noyabr , 2021 10:27
Yaponiya və Rusiya sülh danışığına dair müzakirələrə başlamağı razılaşdırıb

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Yaponiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər 40 dəqiqəlik telefon danışığında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirməyi razılaşdırıblar.

Yosimasa Hayasi iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qarşılıqlı fayda verəcəyinə ümid etdiyini bildirib. Məlumata əsasən, nazirlər Ukrayna və Belarusdakı son vəziyyəti müzakirə ediblər.

Yaponiya tərəfi iddia edir ki, İkinci Dünya müharibəsinin sonunda keçmiş SSRİ Sakit okean ilə Oxot dənizini bir-birindən ayıran və Kuril adalarına uzanan təxminən 1 300 km boyunca bir ərazini 1945-ci ildə ilhaq edib.

Moskva rəsmi Tokionun bu iddialarını rədd edərək həmin torpaqların Rusiyaya məxsus olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi