Yaponiya Putin, Lavrov, Şoyqu və Medvedevə qarşı sanksiyalar tətbiq edib

Yaponiya Putin, Lavrov, Şoyqu və Medvedevə qarşı sanksiyalar tətbiq edib Yaponiya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar hökumətin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təfərrüatlarını açıqlayıb.
Region
1 Mart , 2022 07:00
Yaponiya Putin, Lavrov, Şoyqu və Medvedevə qarşı sanksiyalar tətbiq edib

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar hökumətin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təfərrüatlarını açıqlayıb.

“Report”un məlumatına görə, Rusiya rəhbərliyinin altı nümayəndəsi, xüsusən də prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu şəxsi sanksiyalara məruz qalıb.

Bundan başqa, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də “qara siyahı”ya düşüb.

Onların Yaponiyadakı aktivləri aşkar edilərsə, dondurulacaq.

Son xəbərlər

Orphus sistemi