Yaponiya Kaxovka SES faciəsinə görə Ukraynaya 5 milyon dollar yardım ayırıb.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Matsuno jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyunun 9-da Yaponiyanın Baş naziri Fumio Kisimada ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub: "Telefon danışığı zamanı Yaponiya hökumətinin başçısı Ukraynaya Kaxovka SES-in bəndinin partlaması nəticəsində ziyan çəkənlərə 5 milyon dollar məbləğində yardımın ayrıldığını deyib. Baş nazir yaxın zamanda beynəlxalq təşkilatlar vasitəsilə 5 milyon dollar humanitar yardımın göndəriləcəyini bildirib”.