Yakutiyada qəsəbə başçısı meşələrin söndürülməsi planına əməl etmədiyi üçün məsuliyyətə cəlb edilib

Yakutiyada qəsəbə başçısı meşələrin söndürülməsi planına əməl etmədiyi üçün məsuliyyətə cəlb edilib Rusiyanın Saxa Yakutiya Respublikasının Qornı ulusunun (rayonu) Berdiqestyah qəsəbəsinin başçısı meşə yanğınlarının söndürülməsi planını yerinə yetirmədiyi üçün inzibati məsuliyyətə cəlb edilib.
Region
5 avqust 2021 11:49
Yakutiyada qəsəbə başçısı meşələrin söndürülməsi planına əməl etmədiyi üçün məsuliyyətə cəlb edilib

Rusiyanın Saxa Yakutiya Respublikasının Qornı ulusunun (rayonu) Berdiqestyah qəsəbəsinin başçısı meşə yanğınlarının söndürülməsi planını yerinə yetirmədiyi üçün inzibati məsuliyyətə cəlb edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Saxa Yakutiya Respublikası Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fövqəladə vəziyyət rejimi şəraitində qəsəbənin başçısı 2021-ci ildə meşə yanğınlarının söndürülməsi planını yerinə yetirməyib. O, bu məqsədlə vətəndaşları bu istiqamətdə səfərbər, yetərincə texnika cəlb etməyib.

Son xəbərlər

Orphus sistemi