Xəzər dənizində hərbi təlimlər başlayıb

Xəzər dənizində hərbi təlimlər başlayıb Təlimlər bu həftənin sonuna qədər davam edəcək
Region
10 Sentyabr , 2014 17:10
Xəzər dənizində hərbi təlimlər başlayıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiyanın Xəzər Donanmasının gəmilər qrupu, Qara Dəniz Donanmasının dəniz aviasiyası təyyarələri və Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri taktiki təlim keçirmək üçün dənizə çıxıblar.

Report RİA Novosti-yə istinadən xəbər verir ki, təlimlərdə şərti düşmənə fəal müqavimət göstərilməsi şəraitində gəmi silahlarının bütün növlərindən istifadə ediləcək.

Təlimlərə 15 döyüş gəmisi və təchizat gəmiləri, 50 ədəd hərbi texnika və Xəzər Donanmasının 1000-ə yaxın hərbçisi cəlb olunub.

Qeyd edək ki, bu təlimlər 2014-cü il tədris ili üçün Xəzər Donanması qüvvələrinin fəaliyyət planı ilə müvafiq planlaşdırılıb. Təlimlər bu həftənin sonuna qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi