Avropa İttifaqının Türkiyəyə olan münasibətini qərəzsiz, real və ləyaqət əsaslı xəttə yüksəlməsi hər iki tərəfin xeyrinə olacaq.
"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birgə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, qlobal sistemdə və regionda baş verən son hadisələr Türkiyə və Aİ arasında əməkdaşlığın əhəmiyyətini bir daha göstərib:
“2024-cü il dekabr ayında Aİ Şurasında qəbul edilən bəzi qərarları müsbət irəliləyiş kimi qiymətləndiririk. Aİ ilə bir müddətdir ki, Türkiyə-Aİ yüksək səviyyəli iqtisadi dialoqunu yenidən başlatmağı və Aİ İnvestisiya Bankının ölkəmizdəki fəaliyyətini müzakirə edirik. Bu qərarların sürətlə həyata keçirilməsi və ölkəmizə qarşı məhdudlaşdırıcı tədbirlərin aradan qaldırıması istiqamətində gözləntimizi də Kaya Kallasla bölüşdük”.